Fırtına T-155| Ukrayna Türkiyə artilleriyasını gözləyir

      Fırtına T-155|    Ukrayna Türkiyə artilleriyasını gözləyir
  07 İyul 2023    Oxunub:1005
Ukrayna Silahlı Qüvvələri yaxın vaxtlarda Türkiyənin müasir 155 millimetrlik özüyeriyən artilleriya qurğularını (Fırtına T-155) alacaq.
Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, briqada generalı Aleksiy Qromov “Ukrinform”a müsahibəsində bildirib.

Onun sözlərinə görə, hazırda Ukrayna xaricdə istehsal olunan artilleriya silahlarının çoxlu nümunələrini alıb, lakin bu sistemlər hələ də Ukrayna Silahlı Qüvvələri tərəfindən istifadə edilməyib.

Bu, Ukrayna Silahlı Qüvvələrinə Türkiyənin 155 millimetrlik artilleriyasının tədarükü ilə bağlı ilk açıq elandır. Əvvəllər Ankara Ukraynaya yalnız 155 mm-lik sursat verirdi. Fırtına T-155 özüyeriyən artilleriya qurğusu Cənubi Koreyanın məşhur K9 Thunder haubitsasının uyğunlaşdırılmış Türkiyə versiyasıdır.

O, təkmilləşdirilmiş qüllə, eniş aparatı və atəşə nəzarət sistemi ilə təchiz edilib. Bu, Türkiyə ordusunda ən uzun mənzilli artilleriya qurğusudur.

Məhv radiusu mərmidən asılı olaraq 18 ilə 40 km arasındadır. Eyni zamanda, 3 dəqiqə ərzində hər dəqiqəsinə 6 mərmi maksimum atəş sürətinə malikdir. Xüsusi rejimdə 15 saniyə ərzində 3 atış həyata keçirir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Türkiyə   Ukrayna  





Xəbər lenti